Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.
525.az APA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində Sergey Lavrov və Məhəmməd Cavad Zərif çıxış ediblər.
Qeyd edək ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq. Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq. Görüşün yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.