525.Az

“Regionda “altılıq əməkdaşlıq platforması” yaratmaq istəyirik”


 

“Regionda “altılıq əməkdaşlıq platforması” yaratmaq istəyirik”<b style="color:red"></b>

“Regionda “altılıq əməkdaşlıq platforması” yaratmaq istəyirik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın paytaxtı Moskva şəhərində İran mediasına açıqlamasında deyib.

O, Qafqaz regionundakı ölkələrə bu məqsədlə səfər etdiyini vurğulayıb.

“Dağlıq Qarabağda münaqişəyə son verilməsinə görə çox şadam”.

“Bütün hallarda bizim ümumi narahatlığımız ondan ibarət idi ki, bu münaqişə bizim sizinlə qonşuluğumuzda baş verirdi, vəziyyəti gərginləşdirirdi, insanlar həlak olurdu. Düşünürəm ki, bu münaqişəni bizim üçün ümumi imkana çevirmək imkanı var. Ona görə də, mənim regional səfərimin məqsədlərindən biri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan gələn imkanları işləyib hazırlamaqdır. Məqsəd bunların işlənilməsi üçün hansı imkanların olduğuna baxmaqdır”, - deyə İran XİN başçısı vurğulayıb.

Cavad Zərif İranla Rusiya arasında müzakirə olunacaq digər regional məsələlərin də olduğunu qeyd edib:

“Bunlar Körfəzdəki vəziyyət, Əfqanıstan, Suriya və Yaxın Şərqdəki digər problemlərdir”.

 





26.01.2021    çap et  çap et