525.Az

Bayden orduya tətbiq edilən transgender qadağasını ləğv etdi


 

Bayden orduya tətbiq edilən transgender qadağasını ləğv etdi<b style="color:red"></b> ABŞ-ın 46-cı prezidenti Co Bayden Donald Trampın transseksualları hərbi xidmətə qadağan etmək qərarını ləğv edib.

525.az xəbər verir ki, 20 yanvarda prezident kürsüsünə əyləşən Bayden, keçmiş rəhbərliyin mübahisəli qərarlarını rədd edən qərarlar imzalamağa davam edir.

O, yeni imzalanan fərmanla, orduda xidmət edə biləcək qədər yetərli sağlamlığı olan hər kəsin iştirakının lazım olduğunu vurğulayıb və  transseksuallarla bağlı qadağanı qaldırdığını bildirib.

"Cinsi şəxsiyyətin hərbi xidmətə müdaxilə etməməli olduğuna inanıram. Amerikanın gücü müxtəliflikdədir", -  deyə prezident əlavə edib.

Aytac Aslan
 





26.01.2021    çap et  çap et