525.Az

Xırdalanda dağıntılar altında qalan azyaşlının meyiti tapılıb


 

Xırdalanda dağıntılar altında qalan azyaşlının meyiti tapılıb<b style="color:red"></b>

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. 

525.az APA-ya istinadən xəbər verir ki, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub.

FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarıblar.

 





26.01.2021    çap et  çap et