525.Az

MEK-də 500 ilə yaxın yaşı olan nadir kitab saxlanılır


 

MEK-də 500 ilə yaxın yaşı olan nadir kitab saxlanılır<b style="color:red"></b> 1923-cü ildə əsası qoyulan AMEA Mərkəzi Elmi Kitabxanasında tarixi əhəmiyyətli elmi nəşrlər olan nadir və qiymətli kitablar saxlanılır.

525.az xəbər verir ki, kitabxananın “Nadir kitab” fondunda mühafizə olunan nadir kitablardan birini təqdim edirik:

1533-cü ilə aid latın dilində yazılmış kitab Flavius Blondus adlı alimin qədim Romaya həsr etdiyi silsilə kitablardan onuncusudur. Kitab qədim romalıların yaratdığı dövlət və mədəniyyəti tərənnüm etdiyindən Romanın qələbəsi, təntənəsi adlanır. Romanın inzibati və hərbi qurumlarını nümunəvi hesab edir və müasir italiyalılara qədim Romanı özlərinə örnək seçməyi məsləhət görür, onları romalılar kimi vətənpərvər olmağa çağırır.



Qeyd edək ki, “Nadir kitab” fondu çap ilindən, yerindən və dilindən asılı olmayaraq nadir kitab meyarına uyğun olan, unikal, miniatür nəşrləri özündə birləşdirir.  Burada mühafizə olunan kitablar əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.
 





26.01.2021    çap et  çap et