525.Az

Feysbuk Netanyahunun paylaşımını sildi


 

Feysbuk Netanyahunun paylaşımını sildi <b style="color:red"></b>

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi feysbuk səhifəsindəki bir paylaşımı gizlilik siyasəti pozulduğuna görə silinib.

525.az xəbər verir ki, feysbukun İsrail nümayəndəliyindən edilən yazılı açıqlamada, Netanyahunun rəsmi səhifəsindən avtomatik mesajlaşma üçün istifadə etdiyi "chat-bot" tətbiqinin da oxşar səbəblərdən bir həftə dayandırıldığı bildirilib.

Açıqlamada "Məxfilik siyasətimizə uyğun olaraq insanların tibbi məlumatlarını paylaşan və ya tələb edən məzmuna icazə verilmir" yazılıb.

Qeyd edək ki, Baş nazirin səhifəsindəki söhbət botu, feysbuk istifadəçilərinə şəxsi mesaj göndərərək ətraflarında 60 yaşdan yuxarı şəxslərin COVID-19 peyvəndi olub-olmadığını soruşub. Onun silinən paylaşımında da buna oxşar sual olub.

Aytac Aslan

 





26.01.2021    çap et  çap et