525.Az

Daha 326 nəfərdə koronavirus aşkarlandı: 551 sağalan, 7 ölən var


 

Daha 326 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">551 sağalan, 7 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229.358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221.116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, aktiv xəstə sayı 5142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7807, ötən müddət ərzində isə ümumilikdə 2.372.616 test aparılıb.

 





26.01.2021    çap et  çap et