525.Az

Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı


 

Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı<b style="color:red"></b>

Bu ilin yanvarın 26-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 





26.01.2021    çap et  çap et