525.Az

Tofiq Abdin yoxdur...


 

Tofiq Abdin yoxdur...<b style="color:red"></b>

Tofiq Abdinin simasında mehriban, dostsevər, istedadlı bir insanı, şairi, publisisti itirdik. Son dəfə onunla yazıçı Aslan Qəhrəmanovun yas mərasimində görüşdük. Sonra da bir-iki dəfə telefonla danışdıq. Mart ayının 2-də Aslan Qəhrəmanovun qırx mərasimi olacaq. Tofiq isə istəkli dostunun qırxına gəlməyəcək, özü onun yanına getdi... Əlvida! Yerin Cənnət olsun, gözəl insan!

Bir dəfə Səyavuş Sərxanlı "İçərişəhər" metrostansiyası ilə üzbəüz hündür binanın beşinci mərtəbəsindən baxanda binanın üzərindəki çiçək açmış alça ağacını görüb pıçıldadı: "Bir gün yenə yaz gələcək, yenə alçalar çiçəkləyəcək, amma onda biz olmayacağıq". Novruzun ilk çərşənbəsi idi dünən. Tofiq Abdin yoxdur...

 





26.02.2014    çap et  çap et