525.Az

Türkiyədə COVID-19-dan 134 nəfər öldü


 

Türkiyədə COVID-19-dan 134 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 134 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 103 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 108, ağır xəstələr isə 1791 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 442 350 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 322 511 nəfər sağalıb, 25 344 nəfər isə ölüb.

 





26.01.2021    çap et  çap et