525.Az

Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib - Yenilənib


 

Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib - <b style="color:red">Yenilənib</b>

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

525.az APA-ya istinadən xəbər verir ki, onun cənazəsini gətirən Türk Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

***

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

525.az APA-ya istinadən xəbər verir ki, F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb.

F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

 





27.01.2021    çap et  çap et