525.Az

Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir


 

Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən 525.a-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfinədən hazırda minalardan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

 





27.01.2021    çap et  çap et