Daha otuz bir erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.
525.az APA-ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.
Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.
İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir.
İşğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığı açıqlanıb.
Bir neçə gün əvvəl Azərbaycan daha 30 erməni hərbçinin meyitinin qalıqlarını qarşı tərəfə vermişdi.