525.Az

Ziyan görmüş 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb


 

Ziyan görmüş 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb<b style="color:red"></b>

“Bildiyimiz kimi, 27 sentyabrdan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb:

“Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb”.

“Bildiyimiz kimi, 27 sentyabrdan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb:

“Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb”.

“İndi yerləşdiyimiz Tərtər rayonunda obyektlərin siyahısı bu günə olan məlumata görə 4000-i keçib”.

N. Hümmətov bildirib ki, hazırda işlər davam edir və dəqiqləşmələr aparılır:

“Baş Nazirin 14 yanvar 2021-ci il tarixli Sərəncamı ilə zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu işləri tezliklə operativ başlamaq məqsədilə Dövlət Komissiyasından təqdim olunmuş siyahı əsasında komitədə hazırlıq işləri başlanılıb, iş həcmi dəqiqləşdirilib. Artıq 11 rayonda işlərə start verilib. Təmir-bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzində 2-3-4-5 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır. İşlərin qısa müddətdə təhvil verilməsi planlaşdırılır”.

 





27.01.2021    çap et  çap et