525.Az

Yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq


 

Yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq<b style="color:red"></b>

“Hər açılmadan sonra 14 gün ərzində müəyyən olunur ki, bu, yoluxmaya daha çox səbəb olur, yoxsa yox”.

525.az-ın məlumatına görə, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda  Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, fevralın 1-də əyani dərslər bərpa olunandan sonra xeyli sayda hərəkətlilik yaranacaq, çünki şagirdlər dərsə valideynləri ilə gedirlər. Şəhərdaxili hərəkətlilik çoxalacaq:
 
"Bu səbəbdən 14 gün ərzində yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq, amma vəziyyət stabil olacaqsa, onlar üçün də dərslər açılacaq".

 





27.01.2021    çap et  çap et