525.Az

Rus alimi koronavirus əleyhinə dərman hazırladığını açıqladı


 

Rus alimi koronavirus əleyhinə dərman hazırladığını açıqladı<b style="color:red"></b>

Rusiyada müxalifət lideri Aleksey Navalninin zəhərləndiyinə dair iddialarda tez-tez bəhs olunan “Noviçok” adlı sinir qazının inkişaf etdiricisi Leonid Rink, koronavirusa qarşı bir dərman hazırladığını açıqlayıb.
 
525.az xəbər verir ki, dərmanı ən qısa zamanda buraxmağı planlaşdırdığını söyləyən Rink, onun adının "İmmafon" olduğunu açıqlayıb. O, dərmanın koronavirusa qarşı 'toxunulmazlıq' yaratdığını və  Sovet İttifaqı dövründə istifadə edilən 'Diucifon' adlı dərmanın əsasında hazırladığını bildirib. Qeyd edək ki, 1967-ci ildə Sovet İttifaqında cüzam xəstəliyini müalicə etmək üçün inkişaf etdirilən həmin dərman, 2000-ci illərədək zəruri dərmanlar siyahısında idi.
 
Rink, bu günə qədər 700 nəfər yaşlı könüllüdə yeni dərmanı sınaqdan keçirdiyini bildirib.

Aytac Aslan
 

 





27.01.2021    çap et  çap et