525.Az

Yazıçılar Birliyinin Gənclər Şurası “Qanlı gəlincik-13 dəqiqə” fləşmobu təşkil edib (Fotolar)


 

Yazıçılar Birliyinin Gənclər Şurası “Qanlı gəlincik-13 dəqiqə” fləşmobu təşkil edib <b style="color:red">(Fotolar)</b> Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da saat 13.00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil bağında “Qanlı gəlincik-13 dəqiqə” fləşmobu təşkil edilib.
 
AYB-in mətbuat xidmətindən verilən məlumata görə, Gənclər Şurasının üzvləri flaşmobun keçiriləcəyi 13 dəqiqə ərzində Sahil bağında övladını itirmiş xocalılı ananı təmsil edən, qolları üzərində qanlı gəlincik tutmuş qadının yanında susaraq dayanıblar. AYB-nin mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza belə tədbirlərin təşkilində məqsədin insanların milli faciəmizə-Xocalı qətliamına dünyanın diqqətini cəlb etmək olduğunu vurğulayıb: «Məhz saat 13-00-da, 13 dəqiqə susmaq bu tarixin ən nəhs, ağrılı günlərimizdən biri olduğunu xatırladır. Bəzən sükut dərdləri, faciələri sözdən daha yaxşı anladır. Ona görə də Gənclər Şurası olaraq bu qərara gəldik ki, milli dərdimizi susaraq dünyaya bir daha elan edək. Bu həm də bizim erməni vəhşiliyinə, erməni terroruna üsyanımızdı». Fləşmob bağdan keçən insanların da diqqətini cəlb edib. 13 dəqiqə ərzində bağda 100-dən artıq iştirakçı toplaşaraq Xocalıda qətliama məruz qalan qurbanların xatirəsini ehtiramla yad ediblər.
 





26.02.2014    çap et  çap et