525.Az

Yaponiyanın Baş naziri üzr istədi


 

Yaponiyanın Baş naziri üzr istədi<b style="color:red"></b>

Məşvərət Şurasının büdcə iclasında danışan Yaponiyanın Baş nazir Yoşihidi Suga, hakim Liberal Demokrat Partiyasının üzvü  M.J.Tokionun fövqəladə vəziyyətdə "evdə qal" çağırışına məhəl qoymayaraq Ginza bölgəsində səyahət etdiyini vurğulayıb.

525.az xəbər verir ki, Suga, partiyanın administratorunun koronavirus tədbirinə rəğmən xalqdan çölə çıxmamasını istədiyi halda bu vəziyyətin baş verməyinə çox üzüldüyünü deyib və onun adına üzr istəyib. Bununla əlaqədar lazımi tədbirlərin görüləcəyini bildirib. Qeyd edilir ki, o, 18 yanvar tarixində saat 21.00 radələrində bir restorandan çıxıb və Ginza bölgəsindəki barlarda gec saatadək vaxt keçirib. Tokiono "evdə qal" çağırışlarına baxmayaraq, həmin yerlərə getdiyini etiraf edib.

Xatırladaq ki, fövqəladə vəziyyətin tətbiq edilmədiyi 2020-ci il dekabr ayının ortalarında Baş nazir Suga, ölkədəki böyük toplantılara qatılmamaq çağırışlarına baxmayaraq, qatıldığı iki ayrı axşam yeməyindən sonra müxalifət partiyalarının tənqidlərinə görə xalqdan üzr istəmişdi.

Aytac Aslan

 





27.01.2021    çap et  çap et