525.Az

“Ermənistan da Azərbaycan-Türkiyə əməkdaşlığından faydalana bilər”


 

“Ermənistan da Azərbaycan-Türkiyə əməkdaşlığından faydalana bilər”<b style="color:red"></b>

“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə, eləcə də hələ də kövrək olan sülhün qorunmasında aktiv iştirak etməlidir”.

525.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, regionda sülhün, barışın davamlılığını təmin edəcək sistem qurulmalıdır:

“Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində çox sıx əməkdaşlığını görmüşük. Bu gün biz qürur duyuruq ki, qardaş Türkiyədən Volkan bəy (Volkan Bozkır - red.) BMT-də vəzifədədir. İlham Əliyev Türk Şurasının Baş katibini qəbul edərkən bildirdi ki, biz artıq bunun təşkilat olaraq inkişafına nail olmalıyıq”.

“Hərbi-texniki sahədə əməkdaşlığımızın bilavasitə uğurlarını biz Zəfər savaşında gördük”.

Prezidentin köməkçisi bildirib ki, diaspor, elm və digər sahələrdə də əməkdaşlığımızı inkişaf etdirməliyik, bunun üçün zəmin də var:
 
“Qarşıdan gələn dövrlərdə və proseslərdə əlaqələri daha da inkişaf etdirməliyik. Bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə- İran, Azərbaycan-Türkiyə-Pakistan. Deməli, Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər”.

“Azərbaycan və Türkiyə arasında əlaqələri TAP, TANAP, Bakı-Tblisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum layihələri çərçivəsində daha da inkişaf etdirmək potensialımız var”.

H. Hacıyev bildirib ki, Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub:

“Ermənistan da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bu isə nəticədə bölgədə uzunmüddətli sülhü gücləndirən amil olacaq”.

“Bizim diaspor sahəsində də Türkiyə ilə görülməli çox işlərimiz var”.

Prezidentin köməkçisinin sözlərinə görə, artıq Azərbaycan-Türkiyə ortaq media platformasını ortaya qoymağa nail olunub:

“Həm Azərbaycan, həm Türkiyəyə qarşı qarayxma kampaniyaları çox gücıüdür. Buna qarşı səyləimizi birləşdirməyi vacib hesab edirik. Diaspor təşkilatlarımızın da səylərinin birləşdirilməsinə ehtiyac var. Azərbaycan-Türkiyə elm adamları, iş adamlarının da əlaqələrini inkişaf etdirməliyik”.

 





27.01.2021    çap et  çap et