Bayden administrasiyası quldarlıq əleyhinə fəal mübarizə aparan Harriet Tabmenin portretinin yeni 20 dollarlıq əsginasın simasına çevrilməsi üçün bir plan hazırlandığını söyləyib.
525.az xəbər verir ki, təxminən 1822-ci ildə qul kimi dünyaya gələn Tabmenin rəsminin əks olunduğu əsginasın ilkin olaraq 2020-ci ildə təqdim edilməsi lazım idi. Ancaq keçmiş prezident Donald Trampın rəhbərliyi zamanı bu addım təxirə salınmışdı.
ABŞ Maliyyə Nazirliyi, 20 dollarlıq əsginasın üzərində keçmiş prezident Endrü Ceksonun təsvirinin Tabmen ilə əvəz ediləcəyini söyləyib.
Bu təşəbbüs nəticəsində Tabmen ABŞ əskinasında təsvir olunan ilk afroamerikalı və 100 illik müddətdən sonra ilk qadın olacaq.
El Roman