525.Az

Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb


 

Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb<b style="color:red"></b>

Bu gün qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 





27.01.2021    çap et  çap et