525.Az

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens evsiz qalıb


 

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens evsiz qalıb<b style="color:red"></b>

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pensin hazırda daimi yaşayış yeri yoxdur.

APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, Mayk Pens vida müraciətində bu yay doğma ştatı - İndianaya qayıdacağını bildirib, lakin xanımı Karen Penslə hara köçəcəyi barədə heç bir məlumat verməyib.

Rəsmi məlumatlara görə, Kolumbusda böyüyən Mayk Pens ən azı son səkkiz ildir ki, İndiana ştatında heç bir evə sahib deyil. Bunun əvəzinə Mayk Pens və həyat yoldaşı ştatdakı müxtəlif Respublikaçı siyasətçilərin iqamətgahlarında müvəqqəti məskunlaşıblar.

Hazırda Penslərin İndiana meri Erik Holkomba məxsus və onun istirahət üçün istifadə etdiyi kiçik fərdi yaşayış evində qaldığı bildirilir. Lakin ailəyə yaxın olan iki Respublikaçı deyib ki, sabiq vitse-prezident və onun xanımı Kolumbusda Mayk Pensin qardaşına məxsus evdə qalır.

2001-2013-cü illərdə İndiananın təmsilçisi, 2013-2017-ci illərdə isə ştatın qubernatoru olan Mayk Pens İndianapolisdə ştat merinin iqamətgahında yaşayıb. O, 2017-ci ildə vitse-prezident seçilib və bundan sonra Vaşinqtona köçərək vitse-prezident iqamətgahında yaşamağa başlayıb.

 





27.01.2021    çap et  çap et