525.Az

Britaniyada bir gündə 1725 nəfər COVID-19-un qurbanına çevrildi


 

Britaniyada bir gündə 1725 nəfər COVID-19-un qurbanına çevrildi<b style="color:red"></b>

Böyük Britaniyada son sutka ərzində 1725 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 101 887 nəfərə çatıb.

525.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 25 308 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 715 054 nəfərdir.

Qeyd edək ki, Britaniyada hazırda 7 164 387 nəfər koronavirus əleyhinə peyvəndin ilkin dozasını, 474 156 nəfər isə hər iki dozasını qəbul edib.

 





27.01.2021    çap et  çap et