525.Az

Farizin Türkiyəni ağladan videosu yalan çıxdı - Polis hərəkətə keçdi


 

Farizin Türkiyəni ağladan videosu yalan çıxdı - <b style="color:red">Polis hərəkətə keçdi  </b>

Türkiyənin Bağcılar bölgəsində çəkilən və sosial təcrübə kimi paylaşılan video qalmaqala səbəb olub.

525.az xəbər verir ki, həmin videoda salfet və su satan 8 yaşlı uşağın yanına gələn youtuber Fariz Baxşəliyev acam deyərək uşaqdan yardım istəyir. Həmin videogörüntü sürətlə sosial mediada yayılıb və xeyli izlənmə sayına çatıb. Görüntülərdən sonra hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsinin axtarışları nəticəsində videonun uydurma olduğu üzə çıxıb. Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək video çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.

Artıq 22 yaşlı Fariz haqqında həbs qərarı verilib. Azyaşlı uşağın anası isə bildirib ki, Fariz onun böyük oğlunun dostu olub və kiçik oğlunu da əyləncəli bir videoya çəkəcəyini bildirərək onları aldadıb.


 
 

Aytac Aslan

 





27.01.2021    çap et  çap et