525.Az

Kütahyada Roma dövrünə aid sikkə kolleksiyası tapıldı


 

Kütahyada Roma dövrünə aid sikkə kolleksiyası tapıldı<b style="color:red"></b>

Kütahyanın Çavdarhisar mahalı "İkinci Efes" adlandırılan antik Aizanoi şəhərində aparılan qazıntılarda, Roma imperiyası dövrünə aid nadir tapılan 651 gümüş sikkə pul tapılıb.

525.az xəbər verir ki, 2012-ci ildə UNESCO-nun Dünya İrsi İlkin Siyahısına daxil edilmiş və Anadoludakı ən yaxşı qorunan Zeus Məbədinin yerləşdiyi antik şəhərdəki qazıntı işləri Pamukkale Universiteti Arxeologiya Bölməsinin koordinasiyası ilə həyata keçirilir. 2011-ci ildən bəri şəhərin mərkəzindən 48 kilometr aralıda olan bu antik şəhərdə əvvəllər almaniyalı arxeoloqları tərəfindən aparılan işlər indi türk mütəxəssislər tərəfindən həyata keçirilir.

Qazıntı Komitəsi Başçısı Prof. Dr. Elif Özer bu sikkələr haqqında məlumat verib:

"Küpün üç torpaq lövhəsi ilə əhatə olunaraq gizlədilmək istənildiyi təyin olunub. Küp qazıntı qrupu tərəfindən diqqətlə çıxarılıb və qazıntı anbarında sayılıb. Sayıldıqdan sonra 651 gümüş sikkənin olduğu məlum olub. Bu sikkələrin Roma imperatorlarından olan Avqustus dövrünə aid olduğu müəyyən edilib. Cümhuriyyət dövrünün son əsrindəki bir sikkə albomuna bənzəsə də, çox xüsusi və bənzərsiz bir kolleksiyadır".

Özer, gümüş sikkələrin 439-nun "dinar", 212-nin isə "sistofora" olduğunu təyin etdiklərini bildirib. Pulların buraya gələn yüksək rütbəli bir əsgər tərəfindən qoyulmuş ola biləcəyi ehtimal edilir.

Aytac Aslan

 





27.01.2021    çap et  çap et