525.Az

Çamadanda buqələmun keçirməyə cəhd etdilər


 

Çamadanda buqələmun keçirməyə cəhd etdilər <b style="color:red"></b>

Vyana Hava Limanında xüsusi şəkildə qorunmuş onlarla buqələmun bir çamadanda tapıldıqdan sonra Avstriya zooparkına geri qaytarılıb.

525.az xəbər verir ki, hava limanında yoxlanışdan keçərkən şübhəli görünməsindən sonra təhlükəsizlik işçiləri çamadanda axtarış edib. Ümumi axtarışdan sonra corablar və qutularda gizlədilmiş 74 ədəd buqələmun tapılıb. Rəsmilər, qaçaqmalçıların bu buqələmunları qara bazarda təxminən 37.000 avroya satacaqlarını söyləyiblər.

Qeyd edək ki, Tanzaniyadan səyahətə çıxan 56 yaşlı kişi heyvanların tapılmasının ardından polis tərəfindən tutulub.

Maliyyə nazirliyindən bildirilib ki, polis tərəfindən kimliyi müəyyən edilməyən şəxs 6 000 avroya qədər cərimə oluna bilər.

El Roman

 





27.01.2021    çap et  çap et