|
|
|
|
İngiltərə hökuməti, boz dələ populyasiyalarına nəzarət etmək üçün oral kontraseptivlərin(təbii artıma qarşı üsul) istifadəsi layihəsini dəstəkləyib.
525.az xəbər verir ki, qəbul olunan və qəribə səslənən plana əsasən, boz dələlər sadəcə fındıq əldə edə biləcəkləri qutulara cəlb ediləcəklər. Bu zaman onlara oral kontraseptiv yerləşdiriləcək.
Qeyd edək ki, Baş prokuror Lord Qoldsmit, boz dələlərin və digər invaziv növlərin İngiltərənin meşəlik sahələrinə verdiyi zərərin ölkə iqtisadiyyatına ildə 1.8 milyard funt sterlinqə başa gəldiyini söyləyib. Nazir, sincabların verdiyi zərərin, hökumətin on min hektar yeni meşə əkərək iqlim dəyişikliyi ilə mübarizə səylərinin effektivliyini də təhdid etdiyini söyləyib.
El Roman