525.Az

Səməd Seyidov: "QHT-lər bir çox ölkələrdə çətinliklərlə üzləşirlər"


 

Səməd Seyidov: "QHT-lər bir çox ölkələrdə çətinliklərlə üzləşirlər"<b style="color:red"></b>

"QHT-lər bir çox ölkələrdə çətinliklərlə üzləşir. Təkcə Avropa ölkələrində yox, dünyanın başqa ölkələrində də onların üzləşdikləri çətinliklər var".

525.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın qış sessiyası zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, təkcə Avropada yox, dünyanın qalan ölkələrində də yeni bir era başlayıb.

"Bu, qeyri-hökumət təşkilatları erasıdır. Ancaq bəzi hallarda görürük ki, onların bəziləri məsuliyyətli davranmır. Bu halda biz belə vəziyyətlərdə nə etməli olduğumuzu, onların fəaliyyətinə necə şəffaf yanaşma göstərməli olduğumuzu düşünməliyik".

S.Seyidov qeyd edib ki, AŞPA məruzəçisinin hazırladığı bu hesabatda yalnız dörd ölkənin adı çəkilib: "Ancaq unutmamaq lazımdır ki, təkcə Avropada yox, digər ölkələrdə də QHT-lər çətinliklərlə üzləşirlər. Amma hesabatda yalnız dörd ölkənin adı çəkilib. Bu o dəməkdir ki, bu hesabat tamamlanmamış qalır. Biz  çalışıb elə bir mühit yaratmalıyıq ki, bu mühitdə hamı qeyri-hökumət təşkilatlarına inam göstərsinlər".

 





27.01.2021    çap et  çap et