525.Az

Ərdoğan İlon Maskla kosmik sahədə əməkdaşlığı müzakirə edib


 

Ərdoğan İlon Maskla kosmik sahədə əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Maskla telefonla danışıb.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.

“Danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.

 





27.01.2021    çap et  çap et