525.Az

BMT: “Dünya son 100 ilin ən sərt böhranını yaşayır”


 

BMT: “Dünya son 100 ilin ən sərt böhranını yaşayır” <b style="color:red"></b>

"Dünya COVİD-19 pandemiyası nəticəsində son bir əsrin ən sərt iqtisadi böhranına daxil olub".

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Qutiyerreş deyib. Onun sözlərinə görə, 2 milyondan artıq insan "COVİD-19"dan həyatını itirib və bundan əlavə, pandemiya iqlim qeyri-sabitliyi, ölkələr və insanlar arasında bərabərsizlik kimi qlobal problemləri də üzə çıxarıb.

A.Qutiyerreş qeyd edib ki, 2021-ci ildə dünyanın pandemiyadan bərpa olunma prosesini "kövrək vəziyyətdən dayanıqlı vəziyyətə" keçməyə istifadə etməsi üçün unikal fürsəti var.

Bundan başqa, BMT-nin baş katibi vurğulayıb ki, "COVİD-19"un mutasiyaya uğramış variantı və vaksinasiyanın gecikməsi ölümləri artıra bilər və o, bu səbəbdən vaksinləri ixtira edən ölkələri peyvəndlərin istehsalını artırmağa çağırıb.

 





27.01.2021    çap et  çap et