525.Az

Sarkisyan koronavirusa yoluxub


 

Sarkisyan koronavirusa yoluxub<b style="color:red"></b>

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

525.az APA-ya istinadən xəbər verir ki, o, 17 yanvardan etibarən evdə karantindədir.

Qeyd olunub ki, sabiq prezident özünü yaxşı hiss edir və bütün görüşlərini və səfərlərini təxirə salıb.

Xatırladaq ki, ötən il noyabr ayında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusa yoluxaraq 58 yaşında ölüb.

 





28.01.2021    çap et  çap et