Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.
525.az APA-ya istinadən xəbər verir ki, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.
E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.