525.Az

Tərtərdə traktor minaya düşüb: 1 nəfər yaralanıb


 

Tərtərdə traktor minaya düşüb: <b style="color:red">1 nəfər yaralanıb</b>

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

525.az APA-ya istinadən xəbər verir ki, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

 

 





28.01.2021    çap et  çap et