525.Az

İtaliyadan qorxunc açıqlama: Koronavirus görəcəyimiz pandemiyalardan yalnız biridir


 

İtaliyadan qorxunc açıqlama: <b style="color:red">Koronavirus görəcəyimiz pandemiyalardan yalnız biridir</b>

İtaliya COVID-19 virusunun genetik quruluşunu araşdırmaq üçün milli bir konsorsium yaradıb.

525.az İtaliyanın "ANSA" xəbər agentliyinə istinadən xəbər verir ki, Romada Səhiyyə Nazirliyinin binasında təşkil olunan mətbuat konfransında, konsorsiumun məqsədinin COVID-19-un inkişafını və peyvəndə qarşı immunitet reaksiyasını izləmək olduğu bildirilib.

Həmçinin "AIFA" İtalyan Dərman Agentliyinin direktoru narahatlıq doğuran açıqlamalar verib:

"Bu, görəcəyimiz pandemiyalardan yalnız biridir. Digər epidemiyalar da heyvanlar aləmindən gələcək. Heyvanlardan bizə yoluxacaq başqa viruslar və pandemiyalar olacaq. Bu pandemiya üzərində işləmək fürsətini əldən verə bilmərik".

Səhiyyə nazirinin müavini, konsorsiumun Avropa səviyyəsində bir şəbəkədə işləməsini və eyni zamanda iqtisadiyyata xidmət etməsini təmin edəcəyini söyləyib. İtaliyada ümumi xəstəlik sayının 2,5 milyonu keçdiyi halda, ölkədə 15 204 yeni yoluxmanın aşkar edildiyi bildirilib.

Qeyd edək ki, son 24 saat ərzində 467 insanın həyatını itirdiyi və ümumi can itkisinin 86 min 889-a yüksəldiyi açıqlanıb.

Aytac Aslan

 





28.01.2021    çap et  çap et