525.Az

Respublika Uşaq Kitabxanasından növbəti metodik vəsaitlər


 

Respublika Uşaq Kitabxanasından növbəti metodik vəsaitlər<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi  Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 210, Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filiallarının, metodistlərin istifadəsi üçün nəzərdə tutlan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verdi.

525.az xəbər verir ki, vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Oxucular I hissədə Aşıq Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumatlandırılır.


 
Vəsaitin II hissəsi isə “Ələsgərəm, hər elmidən halıyam...” adlanır.

Göstəricidə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunur və istifadəcilirə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyyələr verilir.

Oxucular http://clb.az/elmi-metodika_k74.html  link vasitəsi ilə vəsaitdən yararlana bilərlər.

 





28.01.2021    çap et  çap et