525.Az

Avtandil İsrafilov haqqında kitab nəşr edilib


 

Avtandil İsrafilov haqqında kitab nəşr edilib<b style="color:red"></b>

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Avtandil İsrafilovun 80 illik yubileyi münasibətiylə yaradıcılığı haqqında yazılmış yeni kitab nəşr olunub.
 
Türkiyənin Qaziantep universitetinin professoru, sənətşünaslıq doktoru İlqar İmamverdiyev və Əli İmamverdinin müəllifi olduqlarları "Avtandil İsrafilovun 26 rəqs havaları" adlı kitab İKSAD yayın evi tərəfindən çap edilib.

Kitaba ön sözü professor İlqar İmamverdiyev yazıb. O, "80 yaşın mübarək, Avtandil İsrafilov" adlı ön sözdə sənətkarın yaradıcılıq yoluna işıq tutub, onun haqqında yazılmış əsərləri, türk dünyasında A.İsrafilova verilən dəyəri xatırlayıb.

Kitabda A.İsrafilovun ifa etdiyi müxtəlif rəqslərin, musiqilərin notlara köçürülməsi yer alıb.

ŞAHANƏ

 





28.01.2021    çap et  çap et