525.Az

Qəbul imtahanlarında müəyyən sadələşmələr nəzərdə tutulub


 

Qəbul imtahanlarında müəyyən sadələşmələr nəzərdə tutulub<b style="color:red"></b>

Qəbul imtahanlarında müəyyən sadələşmələr nəzərdə tutulub.

525.az APA-ya istinadən xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, qəbul imtahanı proqramında olan dəyişikliklər “Abituriyent” jurnalının növbəti sayında dərc olunub. Gələn həftədən abituriyentlər bu dəyişikliklərlə tanış ola biləcəklər.

“Ən kütləvi imtahanlar aprel-sentyabr ayında olacaq. Tarixlər qeyd olunmasa da çalışacağıq ki, imtahana 1 ay qalmış vaxtı elan edək. Ola bilsin ki, apreldə Operativ Qərargah tərəfindən keçirməyə icazə verilmədi”.

Onun sözlərinə görə, belə olsa, icazə veriləndə həmin imtahanlar keçiriləcək:

“Təxirə salınsa belə, imtahanların ardıcıllığı dəyişməyəcək. Buraxılış imtahanından sonra may ayında ali məktəblərə qəbul imtahanlarının birinci şansının keçirilməsini  nəzərdə tutmuşuq. Bu il cədvəli elə qurmuşuq ki, imtahanların iki dəfə keçirilmə şansı verilsin. Bu magistraturaya da aiddir, rezidenturanın birinci mərhələsi üçün də həmçinin. Ardıcıllıq dəyişməyəcək, bu da hazırlaşan şəxslər üçün öz strategiyasını düzgün qurmağa imkan verəcək. Aprel ayının tarixlərini yalnız mart ayının ortalarında elan edə bilərik”.

 





29.01.2021    çap et  çap et