525.Az

Avtomobil yas mağarın girdi- Foto


 

Avtomobil yas mağarın girdi- <b style="color:red">Foto</b>

Samuxda ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın məlumatına görə, fevralın 26-da axşam saatlarında rayonun Qarayeri qəsəbəsində minik avtomobilinin sürətlə yas mağarına daxil olması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə yerində çəkilmişfotoları tqdim edirik.
 
Foto Kəpəz TV-nin saytından götürülüb.
 
_________ 
 
Samuxda ağır yol-nəqliyyat qəzası baş verib.

 
Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.
 
Samux rayon Sarıqamış kənd sakini 1992-ci il təvəllüdlü Taleh Çobandar oğlu Babayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən yolun kənarında yas mağarına çırpılıb. Hadisə zamanı 4 nəfər yaralanıb.
 
Onlardan bir nəfər, 1968-ci il təvəllüdlü Sakit Səfiyev dünyasını dəyişib, 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 





27.02.2014    çap et  çap et