525.Az

Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olundu


 

Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri  fars dilinə tərcümə olundu<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür.

525.az xəbər verir ki, Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
 
Həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.

İran (İBBY) təşkilatının Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə təşkilatın əməkdaşı, uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsərini fars dilinə tərcümə edib.

Qeyd edək ki, əsər 2021- ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən Hamşəhri nəşriyyatının Doçərxə Jurnalının (1025) sayında  nəşr olunub.

 





29.01.2021    çap et  çap et