Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. vəsait köçürüb və 2021-ci ildə bu vəsait 256 milyon köçürməyə planlanılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen Holding" şirkəti tərəfində inşa ediləcək.
çap et