525.Az

Gənc bəstəkar “Dədə Qorqud” baleti yazıb


 

Gənc bəstəkar “Dədə Qorqud” baleti yazıb<b style="color:red"></b>

Gənc bəstəkar İlahə Qismət II pərdə, VI şəkildən ibarət “Dədə Qorqud” baleti yazıb. Əsər şanlı ordumuzun İkinci Qarabağ müharibəsində düşmən üzərindəki qələbəsinə həsr olnub.
 
525.az xəbər verir ki, bəstəkarın özünün sözlərinə görə, librettosu İltifat  Hacıxanoğluya məxsus olan baletin üzərində 5 il çalışıb:

“Xeyirin şər üzərindəki qələbəsini tərənnüm etməyə çalışdığım bu əsəri 44 günlük Vətən müharibəsindəki möhtşəm qələbəmizə həsr ertmişəm. İndi isə arzum bu il baletin səhnələşdiilməsinə nail olmaq və bu baleti təkcə Azərbaycan xalqına yox, bütün türk dünyasına təqdim etməkdir. Türk xalqlarının ortaq mənəvi sərvəti kimi mədəniyyətimizdə önəmli yeri olan “Dədə Qorqud” dastanı əsasında yazdığım eyniadlı baletin Türkiyə-Azərbaycan qardaşılığına bir töhfə olacağına ümid edirəm”.



Qeyd edək ki, bəstəkar İlahə Qismət 1993-cü ildə Bakı şəhərində anadan olub. İlk orta və musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasın bəstəkarlıq fakültəsinin bakalavr və magist pillələrini fərqlənmə diplomu ilə bitirib. Bəstəkarlıq ixtisası üzrə görkəmli bəstəkar, Xalq artisti, professor Arif Məlikov, Əməkdar incəsənət xadimi, BMA-nın “Bəstəkarlıq” fakültəsinin rəhbəri Aydın Əzimovdan sənət dərsləri alıb. 2017-ci ildə bəstəkar Firəngiz Əlizadənin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. Hazırda ittifaqın Gənclərlə iş bölməsinə rəhbərlik edir.

BMA-nın doktorantı olan İ.Qismət həm də 2017-ci ildən Xalq artisti Zümrüd Məmmədova ilə birgə təsis etdiyi “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədridir. Respublika və beynəlxalq müsabiqələr laureatı, çoxsaylı layihələrin müəllif olan gənc bəstəkar 2019-cu ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”, Mədəniyyət Nazirliyinin “Yaradıcı gənclər” mükafatları ilə təltif olunub.

 





29.01.2021    çap et  çap et