525.Az

Yağıntılı hava davam edəcək


 

Yağıntılı hava davam edəcək<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında fevralın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 1-2-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

 





27.02.2014    çap et  çap et