525.Az

Bolqarıstan Azərbaycandan gözlənilən qaz idxalı həcmini açıqlayıb


 

Bolqarıstan Azərbaycandan gözlənilən qaz idxalı həcmini açıqlayıb<b style="color:red"></b>

Sentyabrın sonunadək Bolqarıstan Azərbaycandan təxminən 225 milyon kubmetr təbii qaz alacaq.

525.az-ın məlumatına görə, bu barədə "Bulqarqaz" şirkəti bildirib.

Qeyd olunub ki, qaz Yunanıstan sərdhədində hazırda mövcud olan Kula-Sidirokastro qaz kəməri ilə nəql olunacaq:

"Azərbaycan qazının bu marşrutla nəqli müvəqqəti xarakter daşıyır. Doqquz ay ərzində bu marşrutla 225 milyon kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir".

 





29.01.2021    çap et  çap et