525.Az

“Fevralın 15-dən ənənəvi təhsili qaytarmağa çalışırıq“


 

“Fevralın 15-dən ənənəvi təhsili qaytarmağa çalışırıq“<b style="color:red"></b>

Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, özəl, dövlət, kiçik, böyük olmasından asılı olmayaraq təhsil eyni qaydada təşkil edilir:

“Bölgələrdə siniflərdə 1.5 metr məsafəni qorumaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa qaytarılsın”.

“Övladını məktəbə buraxmaq istəməyən, əyani təhsil iştirakı mümkün hesab etməyən valideynlər məktəbə müraciət edə bilərlər”.

O bildirib ki, bu halda iltizam yazılır ki, bu, valideynin seçimidir:
 
“Ali təhsilin əyani formaya qayıtması istək deyil, mümkünlük məsələsidir. Pandemiyanın dinamikasını izləyirik. Çalışırıq ki, dərsləri bərpa edək. Bu dövrdə əsas problemimiz şagirdlərin sosial emosional inkişafıdır. Şagirdlər heç olmasa ,bir az ünsiyyətdə olsunlar. İnanırıq ki,  tədricən ənənəvi təhsil qayıda bilərik”.

 





30.01.2021    çap et  çap et