525.Az

“Müəyyən mənada distant təhsil verməyi öyrəndik”


 

“Müəyyən mənada distant təhsil verməyi öyrəndik”<b style="color:red"></b>

“Müəyyən mənada distant təhsil verməyi öyrəndik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu istiqamətdə öyrəniləcək şeylər çoxdur:

“Hazırda “Ali təhsil haqqında qanun” müzakirə edilir. Ümid edirəm ki, həmin qanunda biz  distant təhsilin qanunvericilik normalarını müəyyən edə bilərik. Bu, gələcəkdə distant təhsilin kütləviliyini  təmin etmək istiqamətində ən vacib alətlərdən biri olacaq. İnanıram ki,  texnologiyaların inkişafı təhsilin inkişafı, əlçatanlılığı ilə yekunlaşacaq”.

“Praktika məsələsi pandemiya şəraitindən asılıdır”.

O bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür:
 
“Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.

Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq:
 
“Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.

“I sinfə qəbulun aparılması pandemiya şəraitindən asılı olacaq”.

O bildirib ki, son dövrdə bununla bağlı bir sıra dəyişikliklər edilib:

“Məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Yerləşdirmələr elektron sistem vasitəsilə həyata keçirilir. Rus bölməsi ilə bağlı rus dili bilikləri yoxlanılır. Ötən il bunu distant formada etdik. Düşünürəm ki, uğurlu alındı”.

Nazir müəllimlərin COVID-19 testindən keçmə məsələsinə də münasibət bildirib:
 
“Test iki halda məcburidir. Birincisi sizin hansısa simptomlarınız varsa, hansısa şəkildə təcili yardıma müraciət etməlisiz. İkincisi, təmasda olan şəxslərin də test olunması həyata keçirilir. Amma kütləvi testləşmə o halda olur ki, məktəbdə yoluxma halı qeydə alınıb. Vaksinlərlə bağlı məsələ başqadır. Bu, yaşla bağlı məsələdir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimiz üçün mərhələli şəkildə həyata keçirilməsi düzgündür”.

“Şənbə günləri ictimai nəqliyyatın işləməməsi və məktəblərdə tədrisin olması ilə də bağlı araşdırma aparmışıq”.

O bildirib ki, dərsləri 5 günə yerləşdirməyə çalışırlar:
 
“Mümkün qədər 6-cı günlərin dərs olmamasına çalışırıq. Məktəblilərlə bağlı o qədər böyük problemimiz olmur, çünki onların əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Müxtəlif məktəblərdə bu rəqəm 80 faiz civarında dəyişir, bəzisində daha çoxdur. Müəllimlərlə bağlı məsələ ciddi kimi gəlir. Xahişim odur ki, məktəb direktorları ilə müəllimlər bu məsələni tənzimləsinlər. Hansı müəllimlər ki, ictimai nəqliyyatdan istifadə etmir, məktəbə yaxın ərazidə yaşayır  nəzərə alınsın. Şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı həddən artıq azdır”.

 





30.01.2021    çap et  çap et