525.Az

Azərbaycan övladları, Rusiya övladları


 

Azərbaycan övladları, Rusiya övladları<b style="color:red"></b>

PYOTR BABAYEV KİM HARALI OLUB 

İş günü sona çatırdı. Amma gözləmə zalında hələ çoxlu adam var idi. Ev istəyən kim, maşın istəyən kim, əri ilə yola getməyən, qonşudan şikayət edən kim... Qəbula gələnlər bir yana, qəbulda iştirak edən "raykom" işçilərinin üz-gözündən yorğunluq yağırdı.

Belə olanda deyirlər ki, adamın başı şişib, qazana dönür. Hər yerdə olduğu kimi, Şəkidə birinci katibin qəbul günü belə ağır keçirdi. Konkret desəm, Şəki Rayon Partiya Komitəsinin birinci katibi işləyən qısa müddət ərzində Şəki camaatının dərin hüsn-rəğbətini qazanan - bu, heç bütün birinci katiblərə qismət olmurdu - Hadi müəllim (Hadi Rəcəbli) yorğunluğunu hiss etdirməsə , şübhəsiz ki, səkkiz saat davamlı şəkildə bir yerdə oturduğundan ürəyi sıxılırdı.

 Qəbula gələnlər isə elə bir yandan üyüdüb- tökürdülər. Onun da belə bir xasiyyəti vardı ki, heç kimi narazı salmaq istəmirdi. Adamlar isə bəzən onun bu ürəyiyumşaqlığından sui-istifadə edirdilər...

Yadımdadır, bu dəfə söhbət Pyotr Babayev adlı bir inqilabçıdan gedirdi. Bu adamlar onunla olan qohumluq əlaqələrindən, onun Vətənimiz xalqımız qarşısındakı xidmətlərindən danışır, Şəkidə onun adının əbədiləşdirilməsini arzulayırdılar.

Bu zaman "Bu hansı Babayevdir?" - deyə, Hadi müəllim istər-istəməz öz-özünə sual verirdi. Sonra birdən fikir-xəyaldan ayrıldı. Axtardığı sualın cavabını tapan şagird kimi sevindi. Söhbət adı-sanı bütün Sovetlər İttifaqını dolaşan mətin bir inqilabçıdan gedirdi. Eyni zamanda təsadüfi deyildi ki, Hadi müəllim Moskvada ali təhsil alarkən dəfələrlə Pyotr Babayev adına qənnadı fabrikində təcrübə keçmişdi.

Hadi müəllim yaxşı bilirdi ki, Rusiyanın bu nəhəng qənnadı fabriki qədim tarixə malikdir. Əsası 1804- ildə qoyulmuş müəssisə 1880- ildə Rusiyada xaricdə "Abrikosov qardaşlığı ittifaqı" kimi məşhurlaşmışdı. Dəfələrlə Ümumrusiya sərgilərinin laureatı olmuş, 1899-cu ildə əlahəzrət imperator sarayının təminatçısı adını qazanmışdı. 1990- ildə "qardaşlığın" dövriyyəsi 2,5 milyon rubl təşkil edirdi...

SOVET VƏTƏNDAŞLARININ SEVİMLİ BRENDİ 

Qeyd etmək yerinə düşər ki, 1922-ci ildə həmin qənnadı fabrikinə məhz P.Babayevin adı verilmişdi. O zaman bu müəssisə ölkənin ən böyük karamel, iris monpası istehsalçısı idi. Böyük Vətən müharibəsindən sonra isə müəssisə şokoladlar, konfetlər yarımfabrikatlar istehsal edirdi.

Bunları da o zaman bizə söhbət əsanasında Hadi müəllim demişdi. Amma biz jurnalistlər sonra onu da öyrəndik ki, Babayev adına qənnadı fabriki hazırda Rusiyanın ən böyük holdinqi olan "Birləşmiş qənnadçılar" ailəsinə daxil idi.

Onun uğurları nailiyyətləri nəinki müəssisənin əməkdaşlarında, hətta, P.Babayev barəsində eşidənlərdə belə dərin qürur hissi doğururdu. " bəxtəvərdirlər!" Fabrikin məhsullarının yüksək keyfiyyətini bir sıra sərgilərdə müsabiqələrdə qazandığı prizlər təltiflər bir daha təsdiq edirdi.

1997-ci 2000-ci illərdə isə bu təşkilat Rusiyanın ən qabaqcıl müəssisəsi adını almış, Cenevrədə keçirilən müsabiqədə "Qızıl kubok" əldə etmişdi.

1998-ci ildə Holdinqin 18 adda məhsulu Rusiyanın 100 müəssisəsi arasında I yerə çıxmış, 1999, 2000, 2001-ci illərdə dünya sərgilərində qızıl medallarla təltif edilmişdi sair.

Sovet vətəndaşları "Babaevski", "Osobıy", "Vanilniy", "Pilot", "Vesna", "Romaşka" digər şokoladları yaxşı xatırlayırlar. Hər bayramlarda stolu məhz "Babevski" zavodunun şokoladları bəzəyirdi.

HADİ MÜƏLLİM YENƏ BİZİMLƏDİR 

... Yenə həmin günləri xatırlayır, Hadi müəllimin yanına qayıdırıq. Hadi müəllim düşünürdü: "Deməli, bu Pyotr Babayev şəkili imiş. Özü onun anadan olmasının 100 ili tamam olurmuş..."

Hadi müəllim elə bu an birinci katib kimi oradaca qərar qəbul edir: "Mətin inqilabçı, xalq işi uğrunda alovlu mübariz Pyotr Babayev Rusiyada anadan olsa da, azəri balasıdır, həmyerlimizdir, ümumən isə iki xalqın oğludur. Rus qardaş bacıları ilə birlikdə həmvətənləri olan şəkililər onun yubileyini qeyd etməlidirlər. Təbii ki, yubiley münasibəti ilə müxtəlif tədbirlər keçiriləcək onun adı əbədiləşdiriləcək.

Əlbəttə, bütün bunlar bir az sonra olacaq. Hələlik isə yerli jurnalistlərə tapşırıq verib onu qəzetlər, radio-televiziya başqa mətbuat orqanları vasitəsi ilə həmvətənlərinə tanıtmaq lazımdır..."

Hadi müəllimi yaxından tanıyanlar, onun xasiyyətinə, fəaliyyətinə bələd olanlar da yaxşı bilir ki, bu günün işini sabaha qoyan deyil. Ona görə dərhal köməkçisinə tapşırır ki, vətəndaşların qəbulu qurtaran kimi, rayonun mətbuat işçilərini onun yanına dəvət etsinlər. O zaman Şəkidə çıxan yerli qəzetlər məhz Hadi müəllimin tapşırığı ilə Pyotr Babayev barədə silsilə yazılar dərc edir.

Onu da qeyd etmək lazımdır ki, sən demə, təkcə P. Babayev deyil, bütün Babayevlər ailəsi fəxr etməli insanlar imiş. Pyotrun atası Həkim Babayev çar üsul-idarəsinə qarşı çıxdığına, mütərəqqi fikirlərinə, fəhlə ixtişaşlarında fəallıqla iştirak etdiyinə, inadkarlığına görə Şəkidən Rusiyaya sürgün olunmuş Moskvanın cənubunda, Ryazan vilayətindəki Qasımov şəhərində yaşamağa başlamışdı. Vətənindən uzaq düşən, azdanışan, qəmgin, xarici dil bilməyən, ünsiyyətdə çətin olan Həkim Babayev zavoda qara fəhlə düzəlmişdi.

 Tale onu Lyubov Qriqoryeva adlı bir qızla tanış edir onlar evlənirlər. Tezliklə onların 8 övladı dünyaya gəlir. Həkim çox istəyirdi ki, uşaqlarına azərbaycanlı adı versin. Amma Rusiya İmperiyasının dini qanunları ənənələri buna imkan vermirdi. Buna görə uşaqlara rus adları verirdi. Antonina, Pyotr, İlyas, Dmitri, İvan, Sonya, Georgi Polina .

 Antoninanın doğum sənədi yazılanda Həkimin adını Akim yazmışdılar. Sonra o biri uşaqların doğum sənədləri beləcə rəsmiləşdirildi. Həkim kişi ehtiyac içərisində yaşamağına baxmayaraq, uşaqlarını oxutmaq qərarına gəlmişdi qızını yerli gimnaziyaya düzəltmişdi. Lakin təhsilini başa vurmaq uşağa nəsib olmadı. Belə ki, gimnaziyanın direktoru 1898-ci ilin yazında Həkimi yanına çağırtdırıb polis məmurunun hüzurundaca elan etdi ki, Antonina Babayeva məxfi ədəbiyyat saxladığına atası kimi hakimiyyət orqanlarının üzünə olduğuna görə gimnaziyadan çıxarılmışdır.

Antonina o vaxtdan polis nəzarəti altında saxlanılsa da, əqidəsindən dönmədi. Əksinə, getdikcə artan inqilabi hərəkatda fəal iştirak etməyə başladı. Antoninanın təsiri altında qardaşları Pyotr, İlya, Dmitri, bacısı Polina da gənc yaşlarından çarizmə qarşı fəal mübarizəyə qoşuldular ömürlərinin sonunadək bu yoldan çəkinmədilər.

1903- ildə atalarının vəfatından sonra ailənin bütün ağırlığı, zəhməti qayğıları Antonina ilə Pyotrun öhdəsinə düşdü. Gündüzlər ağır, günəmuzd işdə çalışan, gecələr isə onun-bunun paltarını yuyan anaya kömək etmək lazım idi.

Antonina Qasımov şəhər polisinin gözündən uzaq olmaq üçün köçüb Moskvaya getdi ali qadın kurslarına (ekstern qaydası ilə) imtahan verərək təhsilini davam etdirməyə başladı. Eyni zamanda, evlərdə dərs verməklə həm özünü dolandırır, həm anasına da pul göndərirdi.

1905-ci ildə isə Antonina Akimovna RSDF(B)P-nun üzvü kimi fəal inqilabi aparmağa başladı. Tezliklə onu RSDF (B)P-nın Dəmiryol Rayon Komitəsində işə qəbul etdilər.

Çoxdan idi ki, polis inqilabın fəal təşkilatçılarını axtarırdı. Jandarmalar Babayevanın izinə düşdülər 1906- ilin fevralında onu tutub Butrsk həbsxanasına saldılar. Antonina həbsxanada öz sevgilisi, bolşevik Boris Mixayloviç Stavroviçlə kəbin kəsdirdi bir müddət kiçik Szran şəhərində sürgün həyatı keçirməli oldu.

Antonina Babayeva Moskvaya bir 1914- ildə qayıtdı. 1917-ci ilin martında Xamovniki Rayon Partiya Komitəsinin üzvü, bu rayon təşkilatının katibi kimi fəal aparmağa başladı. Sovet hakimiyyəti qələbə çaldıqdan sonra isə Antoninaya yüksək etimad göstərərək Moskvadakı uşaq evlərini qaydaya salmağı tapşırdılar.

Sonra o, Suşevsko- Marynisk Zəhmətkeş Deputatları Soveti rəyasət heyətinin katibi oldu. 1921-ci ildə isə Antonina Akimovnanı RP(B)P Mərkəzi Komitəsi Təşkilat Şöbəsinin məsul əməkdaşı təyin etdilər. Üç il yarımdan sonra isə ÜRMİK- məsul işə göndərildi. 1963- ildə isə o, vəfat etdi.

 

PYOTR BABAYEV ÖZ DÖVRÜNÜN CƏNGAVƏRİ İDİ

Pyotr Babayev 10 iyun 1883- ildə Ryazan Quberniyasının Qasımov şəhərində anadan olub. Öləndə cəmi 37 yaşı var idi. Lakin onun həyatı parlaq, odlu-alovlu, qaynar həyat idi. Ehtiyac içərisində yaşayıb, maddi sıxıntı çəkərək ailəni saxlamaq üçün hələ 14 yaşı tamam olmamış məktəblə vidalaşıb mexanizm zavodunda çilingər şagirdi işləməyə başlamışdır. Pyotr zavodda inqilabi hərəkata qoşulur haqsızlıqla mübarizəyə başlayır.

Müstəqil fikirli Pyotr Akimoviç cəsarətlə hər cür haqsızlığa, ədalətsizliyə qarşı çıxır, yoldaşlarının tərəfini saxlayır, cərimə olunub işdən çıxarılır yenidən axtarırdı.

Pyotr 18 yaşında müstəqil həyata qədəm qoyur axtarmaq məqsədi ilə Rusiyanın bir neçə vilayət şəhərini gəzib dolaşır. Harada işləsə çətin məşəqqətli bir həyatla üzləşir.

1903- ildə Həkim Babayev dünyasını dəyişir, 1 ildən sonra isə Pyotru əsgərliyə çağırırlar. Yaxşı fiziki hazırlığa görə o qvardiya polkuna təyin olunur. Amma çağırış komissiyası onu Baltik donanmasına motorçu göndərir.

1905-ci ildə Pyotr Sosial- Demokrat Fəhlə Partiyasının sırasına keçir. O donanmada onun kontorlarında fəal təbliğat işi apararaq insanları çarizmi devirməyə çağırır. Onun belə aktiv mübarizliyi çar mühafizəkarlarının gözündən yayınmır.

Azadlıq haqq işi uğrunda mübarizə aparan cavan bir oğlanı uzun müddət nəmli dözülməz bir karserdə saxlayırlar. Burada keçən günlər onun sağlamlığına ciddi zərbə vurur. Pyotr vərəm xəstəliyinə tutulur.

rəislərinin ciddi xəbərdarlığı, karserə salınmaq, donanmada piyada qoşunlarına keçirilmək onu qorxutmurdu.

Hakimiyyət orqanları onun dönməz xarakterini görüb başlarından etmək üçün yeni başlanmış rus-yapon müharibəsinə göndərirlər. Amma təbii ki, çar cəlladları yanılırdılar. Babayev əlindəki silah ilə çox böyük şücaətlə vuruşub Vətənini yağılardan qoruyurdu. Amma bununla yanaşı, Yaponiya ilə müharibədə məğlub olan Çar hökumətinin çürük siyasətini açıb göstərirdi.

Müharibədən sonra Babayev 2 il əlavə hərbi xidmət keçir. Təbii ki, bütün bu vaxt ərzində o polis orqanlarının nəzarəti altında olur. Amma həbslər təzyiqlər onun ruhunu sındıra bilmir. Əsgəri qulluğundan sonra o anasını görmək arzusu ilə doğma yerlərə- Qasımov şəhərinə qayıdır. Burada o Natalya Petrovna ilə tanış olur onunla ailə qurur. 1912-ci ilin dekabrında gənc ailə Moskvaya köçür orada Pyotr Sakolnikinin Tramvay parkının sexlərinin birində çilingər kimi işə düzəlir.

Pyotr gənc ailəsi ilə işlədiyi yerin yaxınlığında balaca bir taxta evdə kirayə qalırdılar. Zəngin həyat təcrübəsi, insanlarla ünsiyyətinə görə Pyotr tez bir zamanda ictimaiyyətin sevimlisinə çevrilir. Demokratik ruhlu nitqləri onu ictimaiyyət nümayəndələrinin ön sırasına keçirir. Amma bu, eyni zamanda, onun müəssisə rəhbərliyi ilə münasibətinin gərginləşməsinə gətirib çıxardır.

Pyotr yenə polis bölməsinə çağrılır onun üzərində nəzarət təyin edilir. 1914- ildə yeni başlamış I Dünya müharibəsi onu həbsdən xilas edir.

Sözündə, fikirlərində dönməz, məğlubedilməz olan bu azərbaycanlı balasını gözlərindən uzaq etmək üçün (ağır xəstəliyinə baxmayaraq) sıravi əsgər kimi təzədən hərbi xidmətə çağırırlar çar komandanlığı onu ön alman cəbhəsinə göndərir. Bu məşəqqətli çətin günlərdə Babayev başa düşür ki, bu cəbhədə olan mühit rus-yapon müharibəsindən heç ilə seçilmir.

 Həmin o xaos, həmin o mənasızlıq, həmin o ziddiyyətlər. Əsgərlər zabitlər arasında olan qarşıdurma burada da davam edir. Həmin o müharibədə olan karyerizm intriqalar burada da hökm sürür. ən əsası isə sonsuz məqsədsiz olaraq insan qanı axıdılır.

Çar hökuməti məmurlarının yalançı qorxaqlığı fonunda adi əsgərlərin igidliyi üzə çıxırdı onlardan biri Pyotr Babayev idi. Onun mübarizliyi qarşısında hökumət özü geri çəkilməyə məcbur olurdu. Şücaətinə, igidliyinə, qorxmazlığına, məğlubedilməzliyinə görə Pyotr Rusiyanın ən yüksək mükafatı "Georgiev xaçı" ordeni ilə təltif edilir. Amma bu təltif onun ordudakı fəaliyyətinin sonu idi.

1916- ilin əvvəlində Babayev yüksək dərəcəli mütəxəssis olduğuna görə cəbhədən Peterburqdakı hərbi zavoda göndərilir. Burada da Pyotr hadisələrin mərkəzində dayanır- mitinqlər, tətillər keçirir, inqilabi fəaliyyətini davam etdirir.

O, Piter fəhlələri ilə birlikdə Finlandiya vağzalında Leninlə görüşür. Bolşeviklər partiyasının Vıbork Rayon Komitəsinin üzvü, patron zavodundan Petroqraq sovetinin deputatı, zavodun komissar köməkçisi olan Pyotr Akimoviç Babayev Oktyabr silahlı üsyanın hazırlanmasında fəal iştirak edərək, mitinqlərdə menşeviklərin eserlərin saxta nitqlərini ifşa edirdi.

Patron zavodunun fəhlələri Qış sarayına hücum iştirakçılarının cərgələrinə birincilər sırasında qoşulmuşdular. Babayevin kiçik qardaşları - Dmitri İlya da onların arasında idilər.

Amma ciyər xəstəliyi öz işini görürdü. 1917-ci ilin yazında o yenə yatağa düşür. Amma sonra yaxşı olan kimi yenidən zavoda işləməyə qayıdır. Təbii ki, bu fədakarlıq yoldaşları tərəfindən hörmətlə qarşılanır ona nüfuz qazandırırdı.

1917-ci il iyunun 10-da patron zavodunun partiya komitəsində seçkilər keçirilərkən 2848 səsdən 2357-si ən nüfuzlu şəxs kimi Pyotra verilir. 514 səslə o öz rəqiblərini geridə qoyaraq seçki siyahısında birinciliyi təmin edir. Bir neçə gün sonra Pyotr Babayev Petroqrad fəhlə əsgər deputatları sovetinə üzv seçilərək Petroqrad sovetinin hərbi təşkilatına daxil olur.

1918-ci ilin fevralında Alman qoşunları Qərb cəbhəsini yararaq əks hücuma keçəndə Pyotr cəbhədə xidmət göstərirdi. Onun təcrübəsini hərbi ruhunu bilərək RSFSP-nın hərbi işlər üzrə rəhbəri H.İ.Padolski özü onu yanına çağırıb, yeni əsgərlər döyüşçülər hazırlamaq üçün orduda rəhbər işə göndərir. Amma ağır xəstəliyi rütubətli səngərlərdə kazarmalarda özünü yenidən qabarıq şəkildə biruzə verir.

Rəhbərliyin göstərişinə görə onu geri çağırıb patron zavodunda işləməyə göndərirlər. Bu zavod onun qiymətli avadanlığı təcili olaraq Petroqraddan Moskvaya evakuasiya edilməli idi.

Məlum olduğu kimi Moskva 1918-ci ilin martından Sovet Rusiyasının paytaxtı elan edilmişdi. Moskvaya köçdükdən sonra Babayev Sakolnik sexlərinə qayıdır. O təşkilatçılıq qabiliyyətinə insanlar arasında olan böyük hörmətinə görə əvvəlcə Sakolniki rayon partiya komitəsinin katibi, sonra isə Sakolniki sovet departamentinə deputat seçilir.

O illər partiyanın Moskva komitəsi kömək məqsədi ilə ölkənin bütün yerlərinə öz nümayəndələrini göndərirdilər. Babayevi Tambova göndərirdilər. 1918-ci ilin avqust -sentyabr aylarında o quberniya rayon icraiyyə komitəsinin partiyanın Quberniya Komitəsinin üzvü seçilir. Sonra isə Tombov şəhər partiya təşkilatını idarə edir.

Moskvaya dönəndən sonra Pyotr Babayev Sokolniki rayon Partiya komitəsinin katibi seçilərək, səmərəli coşqun fəaliyyət göstərir. Kim onu tanıyırdısa həmişə təəccüb edirdi ki, bir nəfər bu qədər işin öhdəsindən necə gələ bilər.

O qaynar ciddi, yaltaqlığı, özünü öyməyi sevməyən biri idi. İnsanlara diqqətlə, ürəklə yanaşardı. Ona ya əməli işi, ya da məsləhəti ilə kömək edərdi. Moskvanın fəhlə kollektivləri zavod, fabrik işçiləri ilə onun arasında çox isti dostcasına münasibət yaranmışdı. O tez-tez keçmiş Abrikosov qənnadı fabrikində fəhlələrlə görüşür, onların qarşısında çıxışlar edir kollektivin maraqlarını Moskvanın rəhbər təşkilatlarında cəsarətlə müdafiə edirdi.

P. Babayev Moskva şəhər partiya komitəsinə Moskva sovetinin icraiyyə komitəsinə üzv seçiləndən sonra işi daha da artmışdı.

1919-cu ilin yayında Rusiya çörək enerji çatmırdı. Yoluxucu xəstəliklər aclıq baş alıb gedirdi. Belə çətin bir vaxtda - iyulun 17-si Pyotr Babayev Sakolniki sovetinə rəhbər seçilir. Bu vəzifədə onun daxili imkanları- təşkilatçılığı, peşəkarlığı, vətənpərvərliyi özünü daha qabarıq şəkildə biruzə verir. O çoxlu sayda insanlarla görüşür, bir çox vacib məsələləri ən qısa müddətdə bacarıqla həll edirdi. O gün ərzində dəmiryol vağzallarında onlarla, yüzlərlə briqadanın işini təşkil edir, yükdaşımaları qaydaya salır, yetim uşaqların taleyi ilə məşğul olurdu.

Nəhəng fiziki əqli yorğunluq, zəif qidalanması öz işini görürdü. Babayevin səhhəti günü-gündən pisləşir ciyər xəstəliyi özünü ağır şəkildə biruzə verirdi. Amma o, çalışırdı ki, bütün bunları ətrafındakılara bildirməsin. Ona məzuniyyət istirahət təklif olunanda o bunu qətiyyətlə rədd edirdi. Amma yoldaşları partiya komitəsində özü olmadan onun məzuniyyəti müalicəsi ilə əlaqədar ciddi qərar qəbul edirlər o sanatoriyaya göndərilir. İki həftə keçməmiş o yenidən işə qayıdır.

1920-ci ilin mart ayında Moskvanın Sokolniki sovetinə yenidən seçkilər keçirilir Babayev sədr seçilir. Amma o iclas zalında deputat yoldaşları ilə birgə otura bilmir. Çünki xəstəliyi onu yatağa salmışdı. O zaman deputatlar ona xüsusi məktub göndərərək yazırdılar: "Çox təəssüf ki, siz bu gün bizim yanımızda deyilsiniz. Lakin biz bilirik ki, siz bizim hökumətin ən mərd, ən comərd döyüşçüsüsünüz. Biz inanırıq ki, sizin mənəvi gücünüz xəstəliyə qalib gələcək, siz yenə bizimlə olacaq, bizə rəhbərlik edəcəksiniz".

Lakin Babayev yatağından dura bilmirdi. Yoldaşı Natalya onu tək qoymurdu. Balaca qızı Valentina isə ona dayanmadan telefonla zəng edirdi. Minlərlə insan P.Babayevin səhhəti ilə maraqlanırdı. 1920-ci il aprelin 25- P.Babayev dünyasını dəyişir.

O günlər "Pravda" qəzeti yazırdı ki, o əsil vətənpərvər kimi həlak oldu.

Tarix onun xidmətlərini heç zaman unutmayacaq. Pyort Babayev çətin, eyni zamanda çox maraqlı bir həyat yolu keçib, Moskvada, Peterburqda, Ryazanda, Tambovda Rusiyanın digər vilayətlərində rəhbər vəzifələrdə çalışıb. Azərbaycanın bir sıra oğulları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski ilə birgə  I Dünya Müharibəsində vuruşub. Onun adı əbədiləşdirilərək Moskvada əvvəlki Sakolniki küçəsinə verilib.

Qəzetin yazdığı kimi illər, on illər keçdi. Amma bizim həmyerlimiz P.Babayevin xatirəsi insanların yaddaşından silinmədi. Adı küçələrə, prospektlərə, meydanlara verildi əbədi olaraq tarixin yaddaşında qaldı. Çünki "O öz dövrünün cəngavəri" idi.

Pyotr Babayevin bacısı Polina Akimovnanın xatirələrində deyilir: " Biz atamızı çox istəyirdik. Həyatın çətinliklərini sevincini onunla bölüşürdük. Böyük qardaşım bacım deyirdi ki, atamızın Vətən üçün burnunun ucu göynəyirmiş. O daima doğma Şəki şəhərinə qayıtmaq arzusunda imiş. Bu isə mümkün deyilmiş. Lakin atam tab gətirib dayana bilməmiş, 1902-ci ildə Azərbaycana gedərək bir neçə gün doğma Şəkidə qalmışdır."

Polina Moskvaya 1914- ildə Pyotr səfərbərliyə alınıb cəbhəyə göndərildikdən sonra köçür. O da qardaş bacıları kimi mətin inqilabçı olmuş, çarizmi devirənlərin sırasında addımlayır. O uzun müddət yetim uşaqların tərbiyəsi ilə məşğul olmuş, Xalq Maarif Komissarlığında təlimatçı Ümumrusiya Fövqəladə Komissiyasının şöbələrindən birində partiya təşkilati katibi kimi fəaliyyət göstərir.

Sonralar o SSRİ Xalq Komissarları Soveti İşlər İdarəsinin katibi təyin edilir, müxtəlif nazirliklərdə çalışır.

 

BABAYEVİN ŞƏRƏFİNƏ ŞƏKİDƏ MAVİ ALOV ŞÖLƏLƏNİR 

1984- ildə Şəki şəhər Partiya Komitəsinin P. Babayevin anadan olmasının 100 illik yubileyini keçirmək barədə qaldırdığı təşəbbüs Azərbaycan KP MK tərəfindən bəyənilmiş, bu əlamətdar hadisənin bütün respublikamızda qeyd olunması qərara alınmışdı. Şəkinin ən böyük ipəkçilik müəssisələrindən birinə - 3 saylı filiala üzümçülüklə məşğul olan iri təsərrüfatlardan birinə alovlu vətənpərvərin adı verilmiş, şəhərin yaraşıqlı küçələrindən birində P.Babayevin adı yazılmış lövhə vurulmuş, adına park salınmış, abidə ucaldılmışdı.

Ən əsası isə Şəkidə P.Babayevin anadan olmasının 100 illiyi ilə əlaqədar şənliklər keçirilmiş, həmin gün bir sıra kəndlərdə mavi qaz xəttinin açılışı olmuş, sosial obyektlərin bünövrəsi qoyulmuşdu.

Şəki şəhər Partiya Komitəsinin birinci katibi Hadi Rəcəbli bu tədbirə Moskvadan da qonaqlar dəvət etmiş, Pyotr Babayevin qızı, Moskva şəhəri Sakolniki rayon İcraiyyə Komitəsinin məsul işçisi Valentina Petrovna Bagina bu tədbirlərdə iştirak etmişdi. Onun çıxışları şəkililərdə xoş təsir oyatmışdı.

Valentina xanım çıxışında demişdi ki, atamın xatirəsinin Azərbaycanda, qədim Şəki torpağında belə ehtiramla yad edilməsi məni hədsiz sevindirir:

"...Bu yer, bu yurd, onun əməksevər, qonaqpərvər, zəhmətkeş adamları mənim gözümdə ikiqat yüksəldi. Atamın adını əməllərini yad edən, onun xatirəsini əbədiləşdirmək üçün işlər görən insanlara dərin təşəkkürümü bildirirəm.

Mən böyük qürur hissi ilə deyirəm ki, Pyotr Babayev, eləcə Həkim Babayevin bütün övladları həm Azərbaycan, həm rus xalqının övladlarıdır.

Sağ olsun əziz şəkililər, sağ olsun Hadi müəllim! Atamın xatirəsini yaşatmaq üçün gördüyünüz bu nəcib işi, təmənnasız yaxşılığı heç zaman unutmayacağıq".

Valentina xanım "Şəki" qəzetinə müsahibə verərkən demişdi ki, Şəkidə yaşayan qohumları ilə görüşüb. Onun qohumları Şəfiqə, Ruqiyyə, Şöhrət, Dövlət, Mənsur Çingiz Babayevlər şəhərin Əli Bayramov küçəsindəki 14 nömrəli evdə yaşayırlar.

O özünün Moskva ünvanını - Şumkina küçəsi, 25-16, mənzil 151- qəzet vasitəsi ilə bütün şəkililərə bildirərək, demişdi ki, onun mənzilinin qapısı həmişə həmvətənlərinin üzünə açıqdır... 

 Akif SALAM

 





27.02.2014    çap et  çap et