525.Az

Nizami Cəfərovun yeni kitabı işıq üzü görüb


 

Nizami Cəfərovun yeni kitabı işıq üzü görüb<b style="color:red"></b> Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun "Sözümüzün Ali Baş Komandanı" adlı yeni seçilmiş məqalələr kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olunub.
 
Mərkəzdən bildirilib ki, kitabda alimin müasir ictimai-siyasi məzmunlu "Ümummilli lider və ümumtürük mədəni irsi",  "Azərbaycan Prezidentinin xalqa müraciətlərində ana dilinin Vətən müharibəsi", "Sözümüzün Ali Baş Komandanı, "ADA-nın töhfəsi, yaxud Amerika araşdırıcısının kitabı Azərbaycan dilində", "Leyla Əliyevanın şeirləri yeni tərcümədə" məqalələri, habelə, türkologiya, dilçilik, ədəbiyyatşünaslıq, ədəbi-tənqid mövzusunda son illərdə yazmış olduğu bir sıra əsərləri toplanıb.
 
Nəşrin redaktoru Dəyanət Osmanlıdır.
 





30.01.2021    çap et  çap et