525.Az

Gəncənin raket hücumlarına məruz qalan məktəb binaları bərpa edilir


 

ERMƏNİ TERROR AKTLARI NƏTİCƏSİNDƏ MƏNƏVİ TRAVMA ALAN ŞAGİRDLƏR ÜÇÜN XÜSUSİ PSİXOLOQLAR AYRILIB

Gəncənin raket hücumlarına məruz qalan məktəb binaları bərpa edilir<b style="color:red"></b>

Fevralın 1-dən orta məktəblərdə dərs prosesinin bərpası ilə əlaqədar, Gəncənin binaları xəsarət görmüş məktəblərində bu məsələ ilə bağlı vəziyyət haqda şəhər Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev açıqlama verib.

"Oktyabr ayında ermənilərin Gəncə şəhərinə  raket hücumları nəticəsində ümumilikdə 9 məktəbə ziyan dəyib. Onlardan iki məktəbdə xəsarət daha ciddidir. Yüngül ziyan dəymiş digər məktəblərdə isə  pəncərələrinin, qapı və çərçivələrin bərpası işləri başa çatdırılır", - deyə o bildirib.

Müsahib qeyd edib ki, 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və həmin korpus əsaslı təmir üçün saxlanılıb:

"Məktəbin digər korpuslarında tədris davam edəcək. 29 nömrəli məktəbin binası  köhnə olduğu üçün terror aktı nəticəsində ora da ciddi ziyan dəyib. Hazırkı an üçün həmin məktəbdə tədris dayandırılıb. Məktəbin 929 nəfər şagirdi dərslərə yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə davam edəcəklər. Yüngül xəsarət görmüş yeddi  məktəbdə aparılan təmir işləri  fevralın 1-dək başa çatdırılacaq".

A.Qədiməliyev həmçinin, Gəncədə terror aktından sonra psixoloji travma alan şagirdlərlə xüsusi iş aparıldığını da qeyd edib.

"Psixoloji sarsıntı keçirən şagirlərimiz müəyyən olundu və ixtisaslı psixoloqlar həmin uşaqlarla işləyirlər. Həmçinin, bu işə müəyyən dövlət orqanlarından psixoloqlar da dəvət olunub və bu sahədə iş gedir", - deyə, o bildirib.

Zakir MURADOV
Gəncə

 





30.01.2021    çap et  çap et