“Bizdə yanacaqdoldurma məntəqələrində elektromobillərin doldurulması üçün aparatlar yoxdur. eləcə də parkinqlərdə...”
525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, istismar müddəti başa çatmış avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir:
“Bu avtomobillər havanı əhəmiyyətli dərəcədə çirkləndirir. Digər tərəfdən, piyada keçidlərindəki xətlər daha yaxşı rənglənməlidir. Daha çox insanın keçdiyi keçidlərdə işıqforlar da quraşdırılmalıdır”.
çap et