525.Az

Qırğızıstanda xalq yazıçısı Anarla görüş keçiriləcək


 

Qırğızıstanda xalq yazıçısı Anarla görüş keçiriləcək<b style="color:red"></b>

Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycan  Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 4 mart 2014-cü ildə Qırğızıstanın A. Maldıbayev adına  Milli Akademik Opera və Balet Teatrında "Azərbaycanın xalq yazıçısı Anarla görüş"  keçirəcək.

525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın xalq şairi Fikrət Qoca, Azərbaycanın Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Respublikasının xalq artistləri Mələkxanım Eyyubova, Möhlət Müslimov və Fəxrəddin Dadaşov, müğəni Şahmar Tapdıqov, Qırğızstanın xalq yazıçısı Mar Bayciyev, Qırğız Respublikasının xalq artisti Roza Amanova, Qırğız Respublikasının əməkdar mədəniyyət xadimi, şairə Svetlana Suslova, əməkdar artist Sadırbek Jumaşev və Qırğız Milli Akademik Opera və Balet Teatrının solistləri Baktıqul Bokoyeva və Stalbek Junuşaliyev iştirak edəcəklər.

 

 

 

 

 





27.02.2014    çap et  çap et